(+994)123103818

Şirkət haqqında

M Bulak Şirkəti – zəngin inkişaf və formalaşma tarixi, peşəkar rəhbərliyin başçılığı altında həmfikir, məqsədyönlü və ambisiyalı komandanın nəticəsidir. Bu gün M Bulak - yeni hədəfləri, baxışları, müasir müştəriyönümlü yanaşması və yeni qısa adı M Bulak olan bir şirkətdir. Bizim işçilərimiz - müştəri və maliyyə resursları ilə səmərəli, effektiv iş qabiliyyətinə malik mütəxəssislər komandasıdır. Biz öz müştərilərimizə, Azərbaycan Respublikasının vətəndaşlarına, məqsədlərini həyata keçirmək və həyatlarını yaxşılaşdıracaq planlarını həyata keçirmək üçün maddi dəstək veririk. M Bulak Şirkəti – sahibkarlıq fəaliyyətinin dəstəklənməsində və müxtəlif məişət problemlərinin həllində etibarlı bir partnyordur. Hər kəsə maliyyə uğuru – M Bulakın iş prinsipinin yeni və aktual şüarıdır.

Baxış

M Bulak Şirkəti - sizin biznesinizin inkişafı və rifah halınızın yüksəldilməsi üçün etibarlı bir tərəfdaşdır. Bu uğurlu bir şirkətdir. M Bulakın vizit kartı - hər bir müştərinin firavanlığı üçün rahat və əlçatan maliyyə yardımı göstərmək, xidmətə diqqətli yanaşmaq, və həmçinin yüksək səviyyəli korporativ-sosial məsuliyyətdir.

2023-cü ilə qədər M Bulak Azərbaycanda - yüksək effektivliyə malik bazarda lider olan maliyyə təşkilatı kimi tanınacaqdır.

Biz müştərilərimizi daim özlərinə və öz gələcəklərinə güvənli görürük, çünki onlar ideyalarını hər zaman dəstəkləyən və onlara maddi dəstək göstərən M Bulak ilə partnyorluq edirlər.

Missiya

M Bulak Şirkətinin Missiyası - müştərilərin rifah halını, və həmçinin bütövlükdə ölkə iqtisadiyyatını yaxşılaşdırmaq üçün sürətli, əlçatan və peşəkar maliyyə xidmətləri təqdim edərək müştərilərlə uzunmüddətli, etibarlı və qarşılıqlı faydalı iş əlaqələri yaratmaqdır. Bizim missiyamız - bizim müştərilərimizə etibarlı maliyyə dəstəyi vermək və ən yüksək səviyyədə xidmət göstərməkdir. Biz, tərəfimizdən verilən kreditlər və maliyyələşdirmə ilə açılan biznesə, arzuları gerçəkləşdirən, uğurla başlanan hər bir layihəyə sevinirik. M Bulak Şirkətinin iş hədəfi hər bir müştərinin maliyyə uğuru əldə etməsidir. Şirkətin yüksək məqsədlərinə, vahid dəyərlər və hədəflər sistemini özündə birləşəndirən həmfikir komanda sayəsində nail olunur.

Dəyərlər

Biz öz müştərilərimizə və onların ideyalarına inanırıq;

Biz daim iş keyfiyyətinin və xidmətin yaxşılaşdırılması tərəfdarıyıq;

Gülüş, dostsevərlik və dünyanı daha yaxşı istiqamətdə dəyişdirmək istəyi komandamızı birləşdirir;

Biz müştərilərimizin sadiqliyini qiymətləndiririk və hər birinə hörmət edirik;

Bizim hər birimiz işimizə görə şəxsən məsuliyyət daşıyırıq;