(+994)123103818
08.07.2016 | 11:07

Mol Bulak BOKT MMC-nin əməkdaşları Ramazan Bayramı münasibəti ilə 3 saylı internat evində uşaqları ziyarət ediblər.



Mol Bulak BOKT MMC-nin əməkdaşları Ramazan Bayramı münasibəti ilə 3 saylı internat evində uşaqları ziyarət ediblər.

Şağan qəsəbəsində yerləşən 3 saylı internat evi Heydər Əliyev Fondunun  "Uşaq evləri və İnternatların İnkişafı" proqramı çərçivəsində yenidən qurulmuşdur. Yenidənqurma işləri burada 2010-cu ilin mart ayında başlamış və 2011-ci ilin fevral ayında bitmişdir. 24 fevral 2011-ci ildə Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva internat evinin açılışında iştirak etmişdir. 

 

Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutlmuş Konfrans zalı lazımı avadanlıqla təmin olunub. Tibb otaqları müasir avadanlıqla və dərman preparatları ilə təchiz edilib. İnternat evinin idman zalı ən müasir avadanlıqlara malikdir. Uşaqların asudə vaxtının təşkili üçün xüsusi otaq yaradılıb.  Burada balacalar kompyuter öyrənir, şahmat, dama, rəsmlə məşğul olurlar.

İnternat evinin həyətində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr quraşdırılıb, oturacaqlar qurulub. İnternatın, inək, qoyun, toyuq və digər ev quşlarından ibarət, öz təsərrüfatida var.

 

İnternata gəldikdə Mol Bulak Şirkətinin əməkdaşları bir neçə qruplara bölündülər: hədiyyələri açıb paylayanlara, uşaqların həyat şəraitinin yoxlanılması üçün internatı gəzənlərə və  uşaqlarla ünsiyyətdə olanlara.  İnternat evinin direktoru Sevinc xanım uşaq tərbiyə müəssisəsinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgini nümayiş etdirdi və yaşadıqları şəraiti ilə tanış etdi.

İnternatda müxtəlif yaşda uşaqlar var. Girişdə bizi 14 yaşında oğlan qarşıladı və hər içəri girəni qucaqlayırdı.  Uşaqlar, hər dəfə yaxınlaşıb, salamlaşmaq üçün əllərini uzadırdılar.  Bu aksiyaya sərf olunan vaxt, güc və pul uşaqlardan alınan pozitiv emosiyalar sayəsində artıqlaması ilə ödənildi.